ÇıxışYolu.Com – Koçaryanın növbəti məhkəməsi olacaq

Baxış sayı: 2. 451 dəfə baxılıb.

ÇıxışYolu.Com - Koçaryanın növbəti məhkəməsi olacaq

Ermənistanın apellyasiya məhkəməsi ölkənin sabiq prezidenti Robert Koçaryanın yenidən istintaqa göndərilən işinə noyabrın 27-də baxacaq.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Koçaryanın vəkillər komandasının mətbuat katibi Elen Arakelyan bildirib.

“Noyabrın 27-də apelyasiya məhkəməsində hakim Ruben Mxitaryanın sədrliyi ilə Koçaryanın toxunulmazlığı ilə əlaqədar onun barəsində həbs qəti imkan tədbirinin ləğvi ilə bağlı şikayətə baxılacaq”, – Arakelyan “Facebook” səhifəsində yazıb.

İyulun 26-da xüsusi istintaq qrupu Koçaryana qarşı konstitusiya quruluşunun devrilməsi ilə bağlı ittiham irəli sürüb. Bir gün sonra o, həbs edilib.

Apellyasiya məhkəməsi ilk instansiya məhkəməsinin qərarını Koçaryanın toxunulmazlığını əsas göstərərək ləğv edib.

Noyabrın 15-də Ermənistanın Kasasiya məhkəməsi baş prokurorun apelyasiya məhkəməsi tərəfindən Koçaryanın həbsinin ləğvi barəsində çıxardığı qərardan verdiyi şikayəti qismən təmin edib və işi təkrar istintaqa göndərib.

 

www.ÇıxışYolu.Com