ÇıxışYolu.Com – Krımda gərginlik: Rusiya hərbi təyyarələri havaya qaldırdı

Baxış sayı: 2. 486 dəfə baxılıb.

ÇıxışYolu.Com - Krımda gərginlik: Rusiya hərbi təyyarələri havaya qaldırdı

Ukrayna gəmilərinin Kerç boğazına yaxınlaşması üzündən Rusiya havaya hərbi təyyarələri qaldırıb. 

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi məlumat yayıb. 

Bildirilir ki, havaya bir neçə təyyarə qaldırılıb. 

NTV telekanalı isə xəbər yayıb ki, Krım körpüsü üzərində havada iki Su-25 təyyarəsi görünüb. 

16.31

Ukraynanın hərbi gəmiləri maksimal sürətlə Kerç boğazına yaxınlaşır.

ÇıxışYolu.Com-ın verdiyi xəbərə görə, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəsmi nümayəndələri bildiriblər. Qeyd edilib ki, “Gürzə” sinfinə məxsus zirehli gəmilər daha öncə “Ukrayna tərəfinin təşkil etdiyi təxribat bölgəsinə üz tutublar”.

Bundan əvvəl isə Ukraynanın müdafiə nazirliyi Rusiya tərəfini Odessadan Mariupola yollanan 3 gəmisinə qarşı güc tətbiq etməkdə qınamışdı. Nazirlik nümayəndəsi bildirmişdi ki, Rusiyanın hərəkətləri BMT nizamnaməsinin, həmçinin ikitərəfli sazişlərin pozulması kimi dəyərləndirilir. 

www.ÇıxışYolu.Com