Kürdəmir rayonunda qətl hadisəsi baş verib.
DİN-dən ÇıxışYolu.Com-a verilən məlumata görə, sentyabrın 18-də Kürdəmir şəhərinin C.Cabbarlı küçəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Mübariz Əhmədov münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmyerlisi Elsevər Məmmədova xəsarət yetirib hadisə yerini tərk edib.
Xəstəxanaya yerləşdirilən E.Məmmədov ölüb.
Kürdəmir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Əhmədov saxlanılıb və ondan cinayətdə istifadə etdiyi “Girsan” markalı ov tüfəngi götürülüb.
ÇıxışYolu.Com yeniləndi!