ÇıxışYolu.Com - Kürdmahmudluda təhlükəli tapıntı

ÇıxışYolu.Com – Kürdmahmudluda təhlükəli tapıntı

Baxış sayı: 2. 186 dəfə baxılıb.

ÇıxışYolu.Com - Kürdmahmudluda təhlükəli tapıntı

Füzuli rayonunda partlamamış hərbi sursat tapılıb. 

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) ÇıxışYolu.Com-a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Füzuli Rayon Polis şöbəsinin əməkdaşları rayonun Kürdmahmudlu kəndi ərazisində partlamamış hərbi sursatın tapılması barədə daxil olan məlumat əsasında ərazidəki əkin sahəsinə baxış keçiriblər. 

Təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 100 millimetrlik top mərmisi (BK-16M) aşkarlanıb. Həmin sursat zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

www.ÇıxışYolu.Com