ÇıxışYolu.Com – Küveytin hava limanı suyun altında qalıb

Baxış sayı: 2. 388 dəfə baxılıb.

ÇıxışYolu.Com - Küveytin hava limanı suyun altında qalıb

Küveyt güclü qasırğaya məruz qalıb. Şiddətli yağış, külək və duman ölkədə həyatı iflic edib.

ÇıxışYolu.Com xəbər verir ki, Küveyt Mülki Aviasiya Baş İdarəsinin məlumatına görə, əlverişsiz hava səbəbindən Küveyt hava limanı müvəqqəti bağlanıb.

Küveytin beynəlxalq hava limanını su basdıqdan sonra bu ölkənin uçuşları Bəhreyndən və Səudiyyə Ərəbistanının əd-Dəmmam şəhərindən həyata keçirilməyə başlanıb.

 Güclü yağışlar İran Körfəzi, Səudiyyə Ərəbistanı, Küveyt və Qətərdə bir sıra fəsadlar törədib.