ÇıxışYolu.Com - Kventin Trantino evləndi

ÇıxışYolu.Com – Kventin Trantino evləndi

Baxış sayı: 2. 579 dəfə baxılıb.

Hollivud rejissoru Kventin Tarantino israilli müğənni, 35 yaşlı Daniela Piklə evlənib.

ÇıxışYolu.Com Lenta.ru-ya istinadən xəbər verir ki, cütlük Los-Anceles şəhərində toy mərasimi təşkil edib.

2009-cu ildə tanış olan Kventin və Daniela 2017-ci ildə nişanlanmışdı. 

Qeyd edək ki, 55 yaşlı  Kventin Tarantino heç vaxt evli olmayıb. O, bunu işlərinin çox olması ilə əlaqələndirirdi:

“Mən film çəkəndə başqa heç nə etmirəm. Hər şey film üçün olur. Mənim nə xanımım, nə uşağım var. Heç nə mənim yolumun üstündə dayana bilməz”, – deyə o bildirib.

www.ÇıxışYolu.Com