ÇıxışYolu.Com – “Lester”in prezidentinin helikopteri qəzaya uğradı

Baxış sayı: 2. 513 dəfə baxılıb.

ÇıxışYolu.Com - “Lester”in prezidentinin helikopteri qəzaya uğradı

“King Power” stadionu yaxınlığında qəzaya uğrayan helikopterin göyərtəsində “Lester” futbol klubunun sahibi Vişay Şrivaddanaprabxa, onun qızı və daha 3 nəfər olub.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Qəza nəticəsində kiminsə sağ qalması barədə rəsmi açıqlama verilmir.

09.18

“Lester” futbol klubunun prezidenti Vişay Şrivaddanaprabxa “Kinq Pauer” stadionu yaxınlığında qəzaya uğrayan helikopterin göyərtəsində olub.

ÇıxışYolu.Com “Sky Sports”a istinadla xəbər verir ki, hadisə İngiltərə çempionatının “Lester” – “Vest Hem” oyunundan sonra baş verib. Adətən Şrivaddanaprabxa şəxsi helikopteri ilə matçlardan sonra Lesterdən Londona qayıdırmış.

Şrivaddanaprabxa “Lester”i 2010-cu ildə alıb. 2015/16 mövsümündə isə klub tarixində ilk dəfə İngiltərə çempionu olub.

www.ÇıxışYolu.Com