Bu gün İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib.
ÇıxışYolu.Com xəbər verir ki, klublar qrup qalibi və ikincisi olmaqla iki səbətə bölünüblər.
Püşkatmanın nəticələri belədir:
“Şalke” (Almaniya) – “Mançester Siti” (İngiltərə)
“Atletiko” (İspaniya) – “Yuventus” (İtaliya)
“Mançester Yunayted” (İngiltərə) – PSJ (Fransa)
“Tottenhem” (İngiltərə) – “Borussiya” (Dortmund, Almaniya)
“Lion” (Fransa) – “Barselona” (İspaniya)
“Roma” (İtaliya) – “Porto” (Portuqaliya)
“Ayaks” (Hollandiya) – “Real” (İspaniya)
“Liverpul” (İngiltərə) – “Bavariya” (Almaniya)
Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları 12-13 və 19-20 fevralda, cavab qarşılaşmaları isə 5-6 və 12-13 martda keçiriləcək.
www.ÇıxışYolu.Com
ÇıxışYolu.Com yeniləndi!