“Liverpul” futbol üzrə İngiltərə çempionatının 16-cı turunda “Bornmut” üzərində qələbə qazanıb.
ÇıxışYolu.Com xəbər verir ki, Bornmut şəhərinin “Vitaliti” stadionunda keçirilən matç 4:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb.
Oyunda hesab 25-ci dəqiqədə açılıb. “Liverpul”un forvardı Məhəmməd Salah fərqlənib. Misirli ikinci hissənin əvvəlində dublunu rəsmiləşdirib.
Salah 77-ci dəqiqədə het-trik edib. Oyunda daha bir qol isə Stiv Kukun ayağına yazılıb. O, topu öz qapısına göndərib.
İngiltərə Premyer Liqası. 16-cı tur
“Bornmut” – “Liverpul” – 0:4
Qollar: 0:1 – Salah – 25, 0:2 – Salah – 48, 0:3 – Kuk – 68 (avtoqol), 0:4 – Salah – 77
ÇıxışYolu.Com yeniləndi!