ÇıxışYolu.Com – “Liverpul” “Mançester Yunayted”ə futbol dərsi keçdi

Baxış sayı: 2. 388 dəfə baxılıb.

ÇıxışYolu.Com - “Liverpul” “Mançester Yunayted”ə futbol dərsi keçdi

İngiltərə Premyer Liqasının 17-ci turunun “Liverpul” – “Mançester Yunayted” oyunu keçirilib.

ÇıxışYolu.Com xəbər verir ki, qarşılıqlı hücumlarla yadda qalan matç “Liverpul”un 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyunun 26-cı dəqiqəsində meydan sahibləri Manenin vurduğu qolla hesabı açıblar.

Qonaqlar isə 35-ci dəqiqədə oyunda tarazlığı bərpa ediblər. Qolu öz aktivinə Cessi Linqard yazıb.

Lakin ikinci hissədə Şaqiri dubla (73, 80 dəq.) imza ataraq komandasının qələbəsini rəsmiləşdirib.

Turun digər oyunlarının nəticələri:

Brayton – Çelsi 1:2

Sauthempton – Arsenal 3:2

www.ÇıxışYolu.Com

ÇıxışYolu.Com yeniləndi!