ÇıxışYolu.Com – Lukaşenko “Miss Belarus”la rəqs etdi

Baxış sayı: 3. 499 dəfə baxılıb.

ÇıxışYolu.Com - Lukaşenko “Miss Belarus”la rəqs etdi

Belarus prezidenti Aleksandr Lukaşenko İstiqlal sarayında keçirilən Yeni il balında “Miss Belarus 2018” gözəllik müsabiqəsinin qalibi Mariya Vasilyevna ilə birgə görüntülənib.

ÇıxışYolu.Com xəbər verir ki, bal canlı olaraq Belarusun ONT telekanalı vasitəsilə canlı yayımlanıb.

Belarus prezidentinin mətbuat xidmətinin açıqlamasına görə, Yeni il balına dərslərində ən yüksək nəticələr əldə edən, yaradıcılıq və elmi dərnəklərdə fərqlənən həmçinin idman yarışlarının qalibləri olan 300 tələbə və yuxarı sinif  şagirdi  qatılıb.

Balda Belarus dövlət başçısı qonaqların əhatəsində  gözəllik müsabiqəsinin qalibi Vasilyevna ilə əl-ələ rəqs edib.

Mariya Vasilyevna Belarus dövlət iqtisadi universitetini bitirib. Belarus prezidenti bu yaxınlarda  Moqilevsk vilayətində yerləşən “Vətən”  kolxozuna baş çəkən zaman ona “Kupalovsk” aqroholdinqinə rəhbərlik etməyi təklif etmişdi.

www.ÇıxışYolu.Com