ÇıxışYolu.Com – Lukaşenkonun təyyarəsi satışa çıxarıldı

Baxış sayı: 2. 726 dəfə baxılıb.

ÇıxışYolu.Com - Lukaşenkonun təyyarəsi satışa çıxarıldı

Belarus prezidenti Aleksandr Lukaşenkonun istifadə etdiyi Tu-154M təyyarəsi satışa çıxarılıb. 

ÇıxışYolu.Com xəbər verir ki, 1995-ci il istehsalı olan təyyarənin qiyməti 2 milyon dollar civarındadır.

Bildirilir ki, Lukaşenko bu təyyarədən sonuncu dəfə 2016-cı ildə Çinə səfəri zamanı istifadə edib. 

Hazırda Belarus prezidentinin xarici səfərləri üçün Boeing 767 təyyarəsindən istifadə olunur. 

www.ÇıxışYolu.Com