ÇıxışYolu.Com - Məcburi köçkünlərin müvəqqəti yaşayış evi yandı

ÇıxışYolu.Com – Məcburi köçkünlərin müvəqqəti yaşayış evi yandı

Baxış sayı: 2. 674 dəfə baxılıb.

ÇıxışYolu.Com - Məcburi köçkünlərin müvəqqəti yaşayış evi yandı

Bu gün günorta saatlarında Şamaxı rayonu, Şəhriyar qəsəbəsində Kəlbəcər rayon sakini Vaqif  Qasımova məxsus üç otaqlı mənzilin iki otağı, ümumi sahəsi 70 kvadrat metr olan ərazi yanıb.

ÇıxışYolu.Com-ın xəbərinə görə, ev sahibləri bir anda evin alovlandığını görüblər.

Evda olan iki azyaşlı uşaq qonşuların köməyi ilə xilas edilib. Xoşbəxtlikdən hadisə zamanı ölən və xəsarət alan olmayıb.

Yanğın FHN-nin Şamaxı rayon Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının səyi nəticəsində sönürülüb.

Yanğın nəticəsində evdə olan əşyaların böyük bir qismi yanıb. Qeyd edilir ki, oxşar hadisə sözügedən ünvanda üçüncü dəfərdir ki baş verir.

Yanğının qısaqapanmadan baş verdiyi ehtimal olunur. Hadisənin dəqiq səbəbləri araşdırılır.

R.A.
www.ÇıxışYolu.Com