ATV-də yayımlanan “BizimləSən” verilişinin son buraxılışında mərhum sənətkar Fatma Mehrəliyevanın oğlu efirə çıxıb.
ÇıxışYolu.Com-ın məlumatına görə, verilişdə mərhum sənətkar Fatma Mehrəliyevanın oğlu Qalib Mehrəliyev nəvəsi Fatimə ilə görüşüb.
Verilişdə Qalib Mehrəliyevin acınacaqlı taleyindən də bəhs edilib. Üç oğul, bir qız atası olan Q.Mehrəliyev illərdir səfil həyatı yaşayır. 2005-ci ildən Bakının mərkəzi küçələrinin birində, “Trolleybus parkı” deyilən ərazidə köhnə vaqonda yaşayır. O, 18 illik ayrılıqdan sonra nəvəsinə qovuşub.
Azərbaycanın Əməkdar artisti Fatma Mehrəliyevə muğam tariximizə “Kəsmə şikəstə” ilə adını yazdırıb. Fatma Mehrəliyeva 2000-ci ildə yalqız halda dünyasını dəyişib. O, ömrünün son illərində ruhi əsəb xəstəliyindən əziyyət çəkirdi.
ÇıxışYolu.Com yeniləndi!