ÇıxışYolu.Com - Məşhur aktrisa canlı yayımda tamaşaçını sillələdi

ÇıxışYolu.Com – Məşhur aktrisa canlı yayımda tamaşaçını sillələdi

Baxış sayı: 3. 013 dəfə baxılıb.

ÇıxışYolu.Com - Məşhur aktrisa canlı yayımda tamaşaçını sillələdi

Rusiyada Andrey Malaxovun ötən günkü proqramında qalmaqal yaşanıb.

ÇıxışYolu.Com Rusiya mediasına istinadən xəbər verir ki, məşhur aktrisa Evelina Bledans studiyadakı izləyicini sillələyib.

“35-40 yaşdan sonra uşaq sahibi olmaq təhlükəlidir, 49 yaşında süni mayalanma ilə hamilə qalmaq səbəbiniz nədir? Bunu edərkən nə fikirləşdiniz? Daha bir xəstə uşaq doğmaq istəyirsiniz?”, – deyə tamaşaçı ona Daun sindromlu uşağının olduğunu xatırladıb.

Bu sözlər aktrisanı əsəbiləşdirib. Evelina tamaşaçıya yaxınlaşaraq onu sillələyib.

“Mənə istədiyini deyə bilərsən, amma uşağımla işin olmasın”, – deyə Evelina iradını bildirib.

Daha sonra studiyadakılar da tamaşaçıya qarşı çıxıb. 

Həmin görüntüləri təqdim edirik:

.
www.ÇıxışYolu.Com