Dünyada məşhur olan kenquru Rocer 13 yaşında ölüb.
ÇıxışYolu.Com xəbər verir ki, Avstraliyanın əsas simvollarından olan enlikürək kenqurunun ölkədə anım mərasimi keçirilib.
Təbiətşünas Kris Barnsın dediyinə görə, kenqurular nadir hallarda 12 ildən çox yaşayır.
Məhz K. Barns 2006-cı ildə Roceri maşının vurduğu ana-kenqurunun bətnindən çıxararaq xilas edib. Sonradan o, “The Kangaroo Sanctuary” adlı sığınacağın yaradılmasında iştirak edib. Hazırda bu sığınacaqda 50-dən çox heyvan saxlanılır.
“Pəhləvan” Rocer dünya şöhrətini 2015-ci ildə qazanıb. Onun əlləri ilə alüminium vedrəni əzməsini əks etdirən videosu və əzələli bədəninin təsvir olunduğu fotoşəkillər sosial şəbəkələrdə geniş yayılıb.
Rocerin boyu iki metr, çəkisi 90 kiloqram olub.
ÇıxışYolu.Com yeniləndi!