Aparıcı Mətanət Əliverdiyeva ARB telekanalında qayınanasından danışıb.
ÇıxışYolu.Com xəbər verir ki, məşhur aparıcı “Səhər-səhər”verilişində maraqlı etiraflar edib.
O deyib ki, bir evdə yaşasalar da, onunla küsülü olublar:
“Erkən yaşda ailə qurmuşdum. Hər birimizin səhvi olur. Öyrənə-öyrənə böyüdüm. Qayınatam gözəl insan idi, məni sevirdi. Qayınanamla yola getmirdik. Bir dəfə ayağı sınmışdı, çarpayıda bir ay yatdı. Küsülü olsaq da, qulluğunda dururdum. Ümumiyyətlə, qayınanalar oğullarını gəlinə qısqanırlar”.