Müğənni Mətanət Əsədova ailə qurmağa hazırlaşır.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə ifaçı özü “ATV maqazin 10larla” verilişinə açıqlama verib.
Sənətçi ailə quracağı insanla toy etməyəcəyini, sadəcə kiçik yığıncaqla, dost-tanışının əhatəsində olmaq istədiyini bildirib.
Mətanət gələcək həyat yoldaşı haqqında bunları söyləyib:
“O, məni çox sevir. Mən də başlamışam onu sevməyə. Çox mədəni insandır. Ona hörmətim böyükdür. Bilir ki, mən çılğın müğənniyəm, aramızda qısqanclıq yoxdur. Sevilən xanımam”.