ÇıxışYolu.Com – Makqreqorun məşqçisi Nurməhəmmədovu dəstəklədi

Baxış sayı: 3. 281 dəfə baxılıb.

ÇıxışYolu.Com - Makqreqorun məşqçisi Nurməhəmmədovu dəstəklədi

MMA üzrə döyüşçü Konor Makqreqorun məşqçisi Con Kavana “PowerfulJRE” YouTube-kanalına müsahibəsində irlandiyalı ilə döyüşdən sonra Həbib Nurməhəmmədovun davasını şərh edib. 

ÇıxışYolu.Com bununla bağlı Lenta.ru-ya istinadla məlumat yayıb. 

“Ümid edirəm ki, Nevada İdman Komissiyası Həbibi cəzalandırmayacaq. Təkcə Konorla revanş üçün deyil, sadəcə onun döyüşməsi mənim xoşuma gəlir. Onun reaksiyasını başa düşdüm, ancaq yoldaşlarının yox. Həbib sadəcə oktaqondan atılıb, bu, dünyanın axırı deyil”, – məşqçi deyib. 

Onun sözlərinə görə, Makqreqorun digər məşqçisi Dilon Denis Nurməhəmmədovun komandasına toxunmaq istəməyib. 


“Mən Dillonun yanında dayanmışdım. Mən onun nə etdiyini görmürdüm, ancaq dəqiq bilirəm ki, pis heç nə deməyib. Ancaq başa düşdüm ki, o, Həbibi təhrik etdi”

Qeyd edək ki, dağıstanlı Həbib Nurməhəmmədov oktyabrın 6-da Las-Veqasda keçirilən döyüşdə irlandiyalı Konor Makqreqora qalib gəlib. Döyüşdən sonra Nurməhəmmədov oktaqondan kənara atılıb və Konorun məşqçisi Dilon Denisi onun dinini təhqir etdiyinə görə döyüb.

www.ÇıxışYolu.Com

ÇıxışYolu.Com yeniləndi!

.

.