ÇıxışYolu.Com – “Mançester Yunayted” Zidanla maraqlanır

Baxış sayı: 3. 091 dəfə baxılıb.

ÇıxışYolu.Com - “Mançester Yunayted” Zidanla maraqlanır

İngiltərənin “Mançester Yunayted” klubunun rəhbərliyi baş məşqçi Joze Mourinyoya əvəz axtarır və artıq Zinəddin Zidanla danışıqlar aparıb.

ÇıxışYolu.Com “ The Mirror”a istinadla xəbər verir ki, növbəti həftə ərzində Mourinyonun taleyinə aydınlıq gəlməlidir. Portuqaliyalının Zidanla əvəzlənəcəyi gözlənilir.

Fransalı mütəxəssislə yanaşı argentinalı Maurisio Poçettinonun da namizədliyi nəzərdən keçirilir.

Qeyd edək ki, daha öncə Zidan Qətər millisinin baş məşqçisi vəzifəsindən imtina edib.

Fransalı mütəxəssisin son iş yeri Madrid “Real”ı olub. Zidan Kral klubu ilə ardıcıl 3 dəfə Çempionlar Liqasının qalibi olub.

www.ÇıxışYolu.Com