Meksikanın “Dorados” klubunun baş məşqçisi Diyeqo Maradona komandanın təlim-məşq toplanışını buraxsa da, öz işinə qayıdacaq.
ÇıxışYolu.Com xəbər verir ki, bunu Maradonanın agenti Matias Morla özünün “Twitter” səhifəsində yazıb.
Bildirilir ki, 58 yaşlı mütəxəssis Argentinada tibbi müayinədən keçəndən sonra “Dorados”a qayıdacaq və mövsümün sonunadək klubda fəaliyyət göstərəcək.
Qeyd edək ki, dekabrın 29-da “Dorados” baş məşqçisiz hazırlıqlara başlayıb. Klubda Maradonanı dekabrın 26-da gözləsələr də, argentinalı mütəxəssis gəlməyib. Maradonanın “yoxa çıxması”nın səbəbi kimi klub rəhbərliyi ilə fikir ayrılığı göstərilirdi. Bildirilirdi ki, argentinalı mütəxəssis klub rəhbərliyinin heyəti gücləndirə bilməməsindən narazıdır.