ÇıxışYolu.Com - Market işçiləri oğrunu niyə döydüklərindən danışdılar

ÇıxışYolu.Com – Market işçiləri oğrunu niyə döydüklərindən danışdılar

Baxış sayı: 3. 189 dəfə baxılıb.

ÇıxışYolu.Com - Market işçiləri oğrunu niyə döydüklərindən danışdılar

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Xətai rayonu, General Şıxlinski küçəsi 2 saylı ünvanda yerləşən marketdən 20 manat dəyərində yağ oğurlayan Timurbulatov Dmitri Vladimiroviç həmin mağazanın işçiləri tərəfindən döyülüb. 

ÇıxışYolu.Com-ın məlumatına görə, mağaza rəhbərliyi və satıcılar oğurluq hadisəsi barədə polisə məlumat verməyərək, həmin şəxsin bədəninin müxtəlif yerlərinə qəsdən təpik və yumruqla vuraraq xuliqanlıq ediblər.

İctimai asayişi pozaraq xuliqanlıq etməkdə şübhəli bilinən mağazanın icraçı direktoru Anar İsayev, satıcılar Tahir RəşidovElşən Məmmədov Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıblar.


Market işçiləri tərəfindən hücuma məruz qalan Dmitri Timurbulatov başına gələnlərdən danışıb.

O bildirib ki, marketə girib dörd ədəd yağ götürüb:

“Çölə çıxandan sonra qaytarmaq istədim, lakin kameraya düşdüm. Administratoru görəndə qorxdum ki, tutub polisə verəcək. Əgər mənə desəydi ki, qardaş dayan, yağı qaytar çıx get, qaytarardım, hələ 100 dəfə də çox sağ ol deyərdim.

Onlardan qaçmağa çalışdım. İki nəfər mənə çatdı, başladılar döyməyə, təpik yumruq vurdular. Sonra marketə apardılar. Orada administrator da mənə bir zərbə vurdu”.

Market işçiləri isə öz növbəsində oğrunu söyüş üstündə vurduqlarını bildiriblər.

“Müdiri görən kimi qaçdı, lakin ayağı ilişib yıxıldı. Biz gəlib onu qolundan qaldıranda məni söydü. Məndə yüngül təpik vurdum. Sonra qaldırdıq yağları götürüb çıxıq getdik”, – satıcı Tahir Rəşidov deyib.

Market administratoru Anar İsayev qeyd edib ki, hadisə yerinə çatanda satıcılardan niyə oğrunu vurduqlarını soruşub:

“Soruşdum ki, niyə vurmusuz, Tahir dedi ki, mənə pis söyüş söyüb. Mən də özümü saxlaya bilməyib təpik vurdum. Təbii ki, düzgün etmədim, hisslərimi cilovlaya bilmədim”.

Qeyd edək ki, faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.2.1 (xuliqanlıq, bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Qeyd edilən hadisə isə bağlı müvafiq istintaq hərəkətləri davam etdirilir.

www.ÇıxışYolu.Com