ÇıxışYolu.Com - “Maşın Şou Hind Kinosu”

ÇıxışYolu.Com – “Maşın Şou Hind Kinosu”

Baxış sayı: 2. 841 dəfə baxılıb.

Təşkilatçıların şərtlərinə əsasən, hər gün şounu bir iştirakçı tərk etməlidir. Amma bəzən, fors-major hallarıda olur və iştirakçılar özləri də istəmədən oyunu tərk etməli olurlar. Bu gün də, elə günlərdən biri oldu.

ÇıxışYolu.Com xəbər verib ki, dünən şounun qonağı xalq artisti Emin Ağalarov olub. Eminin çıxışı o qədər valeh edici olub ki, iştirakçılardan biri, iki əllə əl çalıb. Bu da oyunun qaydalarına ziddir. Qaydalara əsasən, oyun boyu iştirakçının heç olmasa bir əli maşının üzərində olmalıdır.

Bu gün qaydaları pozaraq oyunu tərk edən iştirakçı, Ruhəngiz Allahverdiyeva oldu. Onun maşından əlini çəkmə anı kamerala düşüb.

Bununla da, şounun aparıcısı Murad Dadaşov dünənki epizodu göstərərək, oyunun Ruhəngiz Allahverdiyeva üçün bittiyini elan etdi.

www.ÇıxışYolu.Com

ÇıxışYolu.Com yeniləndi!