ÇıxışYolu.Com - “Maşın şou”: Növbə Nərgizə çatdı

ÇıxışYolu.Com – “Maşın şou”: Növbə Nərgizə çatdı

Baxış sayı: 3. 352 dəfə baxılıb.

“Maşın şou. Hind kinosu”nu tərk etməyə növbəti namizədin adı məlum olub.

ÇıxışYolu.Com xəbər verir ki, dünən olan kimi bu dəfə də SMS-səsvermə zərif cinsin nümayəndəsinin taleyini həll edir.

Söhbət Nərgiz Əliyevadan gedir. Onun şoudan çıxacağına heç nə dəlalət etməyib, ola bilsin ki, sadəcə Nərgiz layihədəki qruplaşmaların təsadüfi qurbanı olub.

ÇıxışYolu.Com - “Maşın şou”: Növbə Nərgizə çatdı

N. Əliyeva artıq öz rəqibinin adını açıqlayıb. Bu, Nazilə Səfərlidir.

N. Səfərlinin adının ilk dəfə hallanmaması müəyyən mülahizələrə səbəb olur.

Ola bilsin ki, bu gün qruplaşmaların sirrləri açıqlanacaq. Ola da bilsin ki, daha da qarışıqlıq yaransın.

Qeyd edək ki, “Maşın Şou. Hind kinosu”na informasiya dəstəyini ÇıxışYolu.Com və Baku.TV verir.

Cavid Osmanov
Foto – Valeh Arifoğlu
www.ÇıxışYolu.Com

ÇıxışYolu.Com yeniləndi!