“Maşın şou. Hindkinosu”ndan çıxmağa namizəd elan olunmasa da, Mina Hüseynlə Sərxan Kərəmoğlu arasında çəkişmələr səngimir.
M. Hüseyn ÇıxışYolu.Com-a açıqlamasında bildirib ki, şoudan çıxmağa namizəd olsa və tamaşaçılar onun qalmasına səs versələr, mütləq layihədən Sərxanı uzaqlaşdıracaq.
S. Kərəmoğlunun cavabı özünü çox gözlətdirməyib.
“Bu oyundur və adətən oyundan güclü oyunçunu uzaqlaşdırmağa çalışırlar. Deməli güclü oyunçuyam, çünki birinci gün müzakirə olunmuram. Bu gün mənə çətin olacaq. Lakin məni müzakirəyə çıxaracaq şəxsi sevirəm və ona hörmət edirəm. Şounun aparıcısı Murad Dadaşov mikrofonla mənə yaxınlaşanda, öz fikirlərimi açıqlayacağam”, – deyə o vurğulayıb.
Fəal olmayan oyunu ilə diqqətimizi cəlb edən Xose Bernardo isə bunu deyib:
“Burada çox danışmaq olmaz, fəal olanları dərhal oyundan kənarlaşdırırlar”.
Aydan Axundzadə də məsələ ilə bağlı fikrini açıqlayıb. O bildirib ki, susmaq və üzdə olmamaq yalnız bəhanədir.
Saat 22.00-da ATV-də “Maşın şou. Hindkinosu”nu izləməyi unutmayın.
Qeyd edək ki, “Maşın Şou. Hindkinosu”a informasiya dəstəyini ÇıxışYolu.Com-la yanaşı videoportal Baku.TV verir.
Cavid Osmanov
Operator: Valeh Arifoğlu
www.ÇıxışYolu.Com
ÇıxışYolu.Com yeniləndi!