ÇıxışYolu.Com - “Maşın Şou”: Yekun hələ də bəlli deyil

ÇıxışYolu.Com – “Maşın Şou”: Yekun hələ də bəlli deyil

Baxış sayı: 3. 454 dəfə baxılıb.

ÇıxışYolu.Com - “Maşın Şou”: Yekun hələ də bəlli deyil

“Maşın Şou. Hind kinosu” davam edir.

ÇıxışYolu.Com xəbər verir ki, dünəndən layihədə iki iştirakçı – Ranar Musayev Xəyalə Quliyeva qalıb.

Şou qaydalarına görə, iştirakçılar mükafat avtomobilindən əlini çəkməməlidir. Bütün nüansları nəzərə alan təşkilatçılar iştirakçılara hər iki saatdan bir dincəlmək imkanı yaradırlar. Odur ki, bu, dözümlülük və səbr mübarizəsidir.

Bu gün şouda qalib müəyyənləşməyib. Lakin irəlidə yuxusuz gecə var. Bu müddət ərzində hər şey baş verə bilər.

İştirakçıları dəstəkləməyə məşhurlar da gəlib. Kimsə sözlə, kimsə mahnı ilə dəstək verib. Şounun qonaqları arasında Tünzalə Ağayeva, Ayaz Qasımov, Nadir Qafarzadə və öncəki layihələrin qalibləri – “Maşın Şou-15” Talıb Tale və “Maşın Şou-16” Roza Zərgərlini qeyd etmək olar.

R. Zərgərli “Maşın Şou. Hind kinosu”nun iştirakçıları barədə fikirlərini açıqlayıb.

“Siz məni bağışlayın, lakin bu, gördüyüm ən maraqlı şou deyil. Psixoloji oyun, emosiya yoxdur. Heç kim öz rəqibini görmək istəmir. Bizim vaxtımızda başqa cür idi”, – deyə o vurğulayıb.

Bu “döyüş”ün nəticəsini heç kim öncədən deyə bilməz, lakin istənilən halda ən səbrli iştirakçı qalib gələcək.

ATV telekanalında saat 22.00-da layihənin növbəti buraxılışını qaçırmayın.

Sizə videonu təqdim edirik:

Qeyd edək ki, “Maşın Şou. Hind kinosu”na informasiya dəstəyini ÇıxışYolu.Com və Baku.TV verir.

Cavid Osmanov
Operator: Musa Vladimir

www.ÇıxışYolu.Com