ÇıxışYolu.Com - “Maşın şou”dan çıxmağa namizəd məlum oldu

ÇıxışYolu.Com – “Maşın şou”dan çıxmağa namizəd məlum oldu

Baxış sayı: 4. 112 dəfə baxılıb.

“Şou davam etməlidir”. Bu sözlərlə “Maşın şou. Hind kinosu”nun aparıcısı Murad Dadaşov şouya başladı.

ÇıxışYolu.Com xəbər verir ki, bu gün günorta bütün iştirakçılar anonim səsvermə keçirdilər.

Bununla da bu gün şoudan çıxmağa namizəd müəyyən olundu. Üç iştirakçı aktrisa Aydan Axundzadəyə qarşı səs verdi.

Murad Dadaşov ona söz verdi. Aktrisa isə həyəcanını çətinliklə gizlədərək gec-tez bunun baş verəcəyini bildirdi.

Qeyd edək ki, A. Axundzadənin öz rəqibinin adını açıqlamaq hüququ olsa da, o, şərh verməkdən çəkindi. Xose Bernardo da bu cür etmişdi. O, sonadək susdu.

Qeyd edək ki, “Maşın Şou. Hind kinosu”na informasiya dəstəyini ÇıxışYolu.Com və Baku.TV verir.

Cavid Osmanov
FOTO: Musa Vladimir
www.ÇıxışYolu.Com