ÇıxışYolu.Com - “Maşın şou”nu tərk edən Nərgiz ağladı

ÇıxışYolu.Com – “Maşın şou”nu tərk edən Nərgiz ağladı

Baxış sayı: 3. 540 dəfə baxılıb.

ÇıxışYolu.Com - “Maşın şou”nu tərk edən Nərgiz ağladı

“Maşın şou. Hind kinosu”nu tərk etməyə namizəd olan Nərgiz Əliyevanın layihədəki taleyini SMS-səsverməsi həll edib.

ÇıxışYolu.Com xəbər verir ki, öz rəqibi kimi Nazilə Səfərlini gördüyünü deyən Nərgizin zəif bəhanələri səsvermənin ümumi nəticəsinə təsirsiz ötüşməyə bilməzdi.

Nazilə Səfərlinin özünə əminliyi isə onu göstərirdi ki, biz nələrisə bilmirik. Və  budur şounun aparıcısı Murad Dadaşov səsvermənin nəticələrini elan edir: tamaşaçıların 54,10 faizi Nərgizin şounu tərk etməsinə səs verib.

Nərgiz sağollaşanda, göz yaşlarını saxlaya bilməyib. O, qızı üçün çox darıxdığını və onu tez qucaqlaya biləcəyi üçün sevindiyini deyib.  

Qeyd edək ki, “Maşın Şou. Hind kinosu”na informasiya dəstəyini ÇıxışYolu.Com və Baku.TV verir.

Cavid Osmanov
Foto – Valeh Arifoğlu
www.ÇıxışYolu.Com

ÇıxışYolu.Com yeniləndi!