ÇıxışYolu.Com - Mayli Sayrus ərə getdi

ÇıxışYolu.Com – Mayli Sayrus ərə getdi

Baxış sayı: 3. 631 dəfə baxılıb.

ÇıxışYolu.Com - Mayli Sayrus ərə getdi

Amerikalı pop-ulduz Mayli Sayrus bir neçə ay öncə nişanlandığı avstraliyalı aktyor Liam Hesmvortla evlənib.

ÇıxışYolu.Com BBC-yə istinadən xəbər verir ki, məlumatı ekstravaqant müğənni sosial şəbəkə səhifəsində təsdiqləyib.

Aktrisa bazar günü baş tutan izdivac mərasimdən olan fotoşəkilləri “Instagram” səhifəsində paylaşıb.

Xatırladaq ki, cütlük 10 il əvvəl “Sonuncu Nəğmə” (The Last Song) filminin çəkilişlərində tanış olub. Noyabr ayında Kaliforniyada baş verən güclü meşə yanğınları bir çox Hollivud aktyorları kimi onların da evini külə çevirmişdi.

Mətbuata qapalı toyun Sayrusun Tennessi ştatında yerləşən mülkündə keçirildiyi bildirilir.

www.ÇıxışYolu.Com