Türkiyənin məşhur aparıcısı Mehmet Ali Erbil bir neçə gün öncə hamamda yıxıldıqdan sonra xəstəxanaya aparılmışdı.
ÇıxışYolu.Com xəbər verir ki, onun vəziyyəti ağırlaşıb.
Bu barədə aparıcının qızı Sezin Erbil məlumat verib. O bildirib ki, atası hazırda reanimasiyadadır.
“Atamın vəziyyəti ağırdır. Hələ də reanimasiyadadır. Atama görə dua etməyinizi xahiş edirəm”, – deyə Sezin yazıb.
Qeyd edək ki, aparıcı eyni zamanda “Vertiqo” xəstəliyindən əziyyət çəkir.
Onu da bildirək ki, “Vertiqo” xəstəliyi zamanı insanlar ətrafındakı cisimlərin hərəkət etdiyini və başını sürətli bir şəkildə çevirəndə baş gicəllənməsi hiss edir. Balansın itməsi, mədə bulantısı və qusma da “Vertiqo” xəstəliyinə aiddir.