ÇıxışYolu.Com - “Mercedes” Bakıda qəza törətdi

ÇıxışYolu.Com – “Mercedes” Bakıda qəza törətdi

Baxış sayı: 3. 203 dəfə baxılıb.

Bakıda “Azadlıq” metro stansiyası yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.

ÇıxışYolu.Com-ın verdiyi xəbərə görə, hadisə “White Palace” şadlıq sarayının qarşısında meydana gəlib.

10-VT-232 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobil piyada zolağının qarşısında dayanan “Hyundai accent” markalı avtomobili vurub.

Hadisə nəticəsində “Hyundai” markalı avtomobilinin sərnişinləri yüngül xəsarət alıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Könül Cəfərli

www.ÇıxışYolu.Com