ÇıxışYolu.Com – Merkel siyasətdən gedir

Baxış sayı: 2. 776 dəfə baxılıb.

ÇıxışYolu.Com - Merkel siyasətdən gedir

Almaniya kansleri Angela Merkel Xristian Demokrat İttifaqının sədrliyi postunu tərk edəcək.

ÇıxışYolu.Com xəbər verir ki, bununla bağlı “Bloomberg” mənbəyə istinadən məlumat yayıb. 

Bildirilib ki, Merkel partiya liderlərinə dekabrda keçiriləcək qurultayda namizədliyini irəli sürməyəcəyini bəyan edib. Onun bunu etməsinə səbəb Hessendə keçirilən yerli seçkilərdə məğlub olmasıdır. 

Analitiklər hesab edir ki, onun liderlikdən imtinası Merkeli kansler postundan endirmək üçün partiyadaxili mübarizəni gücləndirəcək. 

Merkel 2000-ci ildən Xristian Demokrat İttifaqının sədridir.

www.ÇıxışYolu.Com