ÇıxışYolu.Com – Messi Ronaldunu geridə qoydu

Baxış sayı: 2. 869 dəfə baxılıb.

ÇıxışYolu.Com - Messi Ronaldunu geridə qoydu

“Barselona” klubunun hücumçusu Lionel Messi Çempionlar Liqasında qeydə alınan het-triklərin sayına görə rekordu təzələyib. 

ÇıxışYolu.Com xəbər verir ki, bununla bağlı “Marca” nəşri məlumat yayıb. 

Forvard qrup mərhələsi çərçivəsində Hollandiyanın PSV klubuna qarşı keçirilən qarşılaşmada üç dəfə fərqlənə bilib. Bununla, Messi “Yuventus” klubunun hücumçusu Kriştianu Ronaldunun rekordunu yeniləyib. Ronaldu Çempionlar Liqasında keçirdiyi oyunlarda yeddi dəfə het-trikə imza atmışdı. 

Portuqaliyalı bu gün Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Yuventus” – “Valensiya” oyununda meydana çıxacaq.

www.ÇıxışYolu.Com

ÇıxışYolu.Com yeniləndi!

.

.