Azərbaycan millisi Yaponiyanın paytaxtı Tokioya – Karate1 Premyer Liqa turnirinə yola düşüb.
ÇıxışYolu.Com xəbər verir ki, Dünya Karate Federasiyasının (WKF) ən nüfuzlu turnirində 12 idmançımız mübarizə aparacaq.
Heyətə Firdovsi Fərzəliyev (60 kq), Tural Ağalarzadə, Rafiz Həsənov (hər ikisi 67 kq), Rafael Ağayev (75 kq), Ayxan Mamayev (84 kq), Şahin Atamov və Asiman Qurbanlı (hər ikisi +84 kq), Roman Heydərov (kata), eləcə də Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), Fəridə Abiyeva (61 kq) və İrina Zaretskaya (-68 kq) daxil edilib.
Mövsümün yeddi mötəbər Premyer Liqa turnirindən olan son Tokio mərhələsi həm də noyabrda İspaniyada keçiriləcək dünya çempionatına yekun hazırlıq yarışı olacaq. Bu gün səfərə çıxan heyət oktyabrın 16-da Bakıya dönəcək.
Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com