Minskdə taksi sürücüsünü döyən iki nəfərə hökm oxunub.
ÇıxışYolu.Com Belarus KİV-ə istinadən xəbər verir ki, hadisə oktyabrın 24-ü şəhərin Orlovsk küçəsində baş verib.
Həmin gün iki nəfər sürücüyə hücum edərək, ona xəsarət yetirib. Həmin şəxslər Rusiya sərhədində saxlanılıb. Məlum olub ki, hadisəni törədənlər 42 yaşlı Stavropol sakini və 46 yaşlı Bakı sakinidir. Onlara qarşı iki və daha artıq şəxslə əlbir olaraq xuliqanlıq etmə maddəsi ilə ittiham irəli sürülüb.
Minsk məhkəməsi hər iki şəxsi göstərilən ittihamla təqsirli bilib və bir il müddətinə azadlıqdan məhrum edib.