ÇıxışYolu.Com - “MİR24”: Ən yaxşı üzüm Azərbaycanda yetişdirilir

ÇıxışYolu.Com – “MİR24”: Ən yaxşı üzüm Azərbaycanda yetişdirilir

Baxış sayı: 2. 631 dəfə baxılıb.

ÇıxışYolu.Com - “MİR24”: Ən yaxşı üzüm Azərbaycanda yetişdirilir

Ən yaxşı üzüm məhsulu Azərbaycanın qərbində yetişdirilib. 

ÇıxışYolu.Com xəbər verir ki, bununla bağlı “MİR24” telekanalının reportajında məlumat verilib. 

“İsti hava şəraiti səbəbindən Göygöl rayonunda bol üzüm məhsulu yetişib. Üzüm yığımı ilə məşğul olan Gülyanaq Bəşirlinin sözlərinə görə, gün ərzində 150 vedrə üzüm yığılıb”, – deyə süjetdə vurğulanıb. 

Reportajda bildirilib ki, hər hektardan 50 ton üzüm yığmaq mümkündür:

“Təzə üzüm salxımı şərab almaq üçün tətbiq edilir. Zavodun baş şərabçısı Rasim Ömərov qeyd edib ki, şərabçılıqda müasir aparatlardan istifadə olunur, çünki növündən asılı olaraq, xammal xüsusi yanaşma tələb edir”. 

Bildirilib ki, təkcə Göyçay rayonundan 500 ton üzüm yığılıb. Ümumilikdə Azərbaycandan 12 rayonda isə 16 min 500 hektar ərazi üzümçülərə verilib.

www.ÇıxışYolu.Com

ÇıxışYolu.Com yeniləndi!

.

.