ÇıxışYolu.Com - Miri Yusifdən həyat yoldaşına: Mənə unutmayacağım hədiyyə vermisən

ÇıxışYolu.Com – Miri Yusifdən həyat yoldaşına: Mənə unutmayacağım hədiyyə vermisən

Baxış sayı: 2. 253 dəfə baxılıb.

Əməkdar artist Miri Yusif bu gün 41, oğlu Mir Cahid isə 1 yaşını qeyd edir.

ÇıxışYolu.Com xəbər verir ki, o, sosial media hesabından doğum günü ilə bağlı foto paylaşıb.

Fotoda Yusifin ailəsi yer alıb. Miri doğum günü münasibətilə onu təbrik edənlərə təşəkkür edib.

Həyat yoldaşına xüsusi təşəkkür edən sənətçi Nərgizin ona unudulmaz hədiyyə bəxş etdiyini yazıb:

“Əsl xoşbəxtlik budur – böyük və bir yerdə olan ailə! Tam 1 il əvvəl həyat yoldaşım mənim doğum günümdə Mir Cahidi dünyaya gətirdi! 

Bu gün mənim 41, kiçik oğlum Mir Cahidin 1 yaşı tamam olur! Nərgizim, çox sağ ol ki, varsan, çox sağ ol ki, mənə heç zaman unutmayacağım bu hədiyyəni  vermisən!

Bütün təbriklərə görə çox sağ olun, əziz ruh əkizlərim!”

Qeyd edək ki, Mir Cahid Miri Yusifin ikinci oğul övladıdır.

ÇıxışYolu.Com - Miri Yusifdən həyat yoldaşına: Mənə unutmayacağım hədiyyə vermisən

.
www.ÇıxışYolu.Com