ÇıxışYolu.Com - “Miss Afrika”nın pariki yandı

ÇıxışYolu.Com – “Miss Afrika”nın pariki yandı

Baxış sayı: 2. 659 dəfə baxılıb.

ÇıxışYolu.Com - “Miss Afrika”nın pariki yandı

“Miss Afrika — 2018” gözəllik müsabiqəsinin qalibi Dorkas Kasindedin mükafatlandırma mərasimində pariki yanıb.

ÇıxışYolu.Com-ın “Daily Post” nəşrinə istinadən xəbərinə görə, Nigeriyanın Kalabar şəhərində keçirilən müsabiqədə 24 yaşlı Kasinde Konqo Demokratik Respublikasını təqdim edib.

İnternetdə yayılan videoda Kasindenin parikinə pirotexniki vasitələrin qığılcımlarının düşdüyü görünür.

Kasinde bunu dərhal görməyib, onun köməyinə aparıcı və daha bir neçə nəfər gəlib. 

Onlar alovu söndürdükdən sonra mərasim davam edib.

www.ÇıxışYolu.Com