Sosial şəbəkələrdə Moskvanın cənubunda məktəblilərin amansız davasının görüntüləri yayılıb.
ÇıxışYolu.Com-ın xəbərinə görə, həmyaşıdları yeniyetməni döyərək videoya çəkiblər.
Bildirilir ki, insident Çertanovo rayonunda “Kolambus” ticarət mərkəzinin yaxınlığında baş verib. Davaya səbəb sosial şəbəkədə yazışma olub.
Rusiya hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.