ÇıxışYolu.Com - Nərmin Şahmarzadənin məhkəməsinin vaxtı bilindi

ÇıxışYolu.Com – Nərmin Şahmarzadənin məhkəməsinin vaxtı bilindi

Baxış sayı: 1. 867 dəfə baxılıb.

ÇıxışYolu.Com - Nərmin Şahmarzadənin məhkəməsinin vaxtı bilindi


Tanınmış vəkil Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu tənqid edən psixoloq Nərmin Şahmarzadənin həbs edilməsini istəyir. 

Bunu ÇıxışYolu.Com-a açıqlamasında vəkil Ramil Rüstəmov deyib. 

O bildirib ki, Nərmin Şahmarzadəyə qarşı 147-ci (böhtan) maddəsi ilə şikayət verilib. Onun sözlərinə görə, işə Xətai rayon Məhkəməsində baxılacaq: 

“Artıq şikayət icraata götürülüb. Məhkəmənin hazırlıq iclası dekabrın 25-nə təyin edilib”. 

Vəkil onu da əlavə edib ki, N. Şahmarzadənin həbs edilməsini istəyirlər: 

“Onun 3 il müddətinə azadlıqdan məhrum edilməsi tələbini qoymuşuq. Digər tələbimiz isə ondan ibarətdir ki, Azərbaycan xalqından üzr istəsin”. 

Vəkilin sözlərinə görə, şikayətə onunla yanaşı, Fövqəladə Hallar Nazirliyinin mayoru, doqquz qat dünya, üç qat Avropa çempionu, Muay-tay və Tayboksinq Federasiyalarının vitse-prezidenti, əməkdar və beynəlxalq dərəcəli idman ustası Araz Musayev də qoşulub.

13:07

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu tənqid edən Nərmin Şahmarzadə məhkəməyə veriləcək.

Bunu ÇıxışYolu.Com-a açıqlamasında Dünya Azərbaycanlıları Konqresinin aparat rəhbəri Samir Adıgözəlli deyib. 

O bildirib ki, hazırda hüquqşünaslarla məsləhətləşmələr aparılır: 

“Çünki burada yalnız şərəf və ləyaqətin təhqir olunması deyil. Azərbaycan müharibə şəraitindədir və bu tipli açıqlamalar vətənpərvərlik ruhunu aşağı salır. Bu baxımdan, biz birlik göstərərək, bu qızın hüquq çərçivəsində cəzalandırılmasına çalışmalıyıq. Mən bu fikirləri ölkəmizə qarşı təxribat hesab edirəm”. 

S. Adıgözəlli deyib ki, lazımi materiallar toplanandan sonra N.Ələkbərzadə məhkəməyə veriləcək: 

“Bu, bizim konkret fikrimizdir. Artıq sübutlar toplanır”.

Etibar Məmmədov

www.ÇıxışYolu.Com

ÇıxışYolu.Com yeniləndi!