Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslər ifşa ediliblər.
Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.
Daxil olan məlumat əsasında keçirilən əməliyyat zamanı qeyd edilən cinayəti törətməkdə təqsirli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Ceyhun Seyidbəyov saxlanılıb.
Ceyhun Seyidbəyov
Onun üzərində şəxsi axtarış aparılan zaman 10,145 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik vasitəni “Seyid” adlı şəxsdən şəxsi istifadəsi üçün aldığı bildirib.
Narkotik maddənin mənbəyinin müəyyən edilməsi istiqamətində keçirilən əməliyyat nəticəsində “Seyid” adlı şəxs qısa zamanda müəyyən edilib.
Həyata keçirilən əməliyyat nəticəsində narkotik maddələrin satışı ilə məşğul olan, əvvəllər məhkum olunmuş Masallı rayon sakini Mirağa Salayev də tutularaq istintaqa təqdim edilib.
Onun üzərində şəxsi axtarış aparılan zaman iki büküm, ümumi çəkisi 1kiloqram 50 qram heroin aşkar edilərək götürülüb.
Mirağa Salayev (“Seyid”)