ÇıxışYolu.Com - Natavanla Tolik arasında qalmaqal

ÇıxışYolu.Com – Natavanla Tolik arasında qalmaqal

Baxış sayı: 2. 590 dəfə baxılıb.

Müğənni Natavan Həbibi ilə prodüser Tarix Əliyev (Tolik) ”Instagram”da mübahisə edib.

ÇıxışYolu.Com xəbər verir ki, onların arasındakı mübahisəyə səbəb Tolikin “Hər şey daxil” verilişində bioenergetikə Natavan və reper əri Dado ilə bağlı verdiyi sual olub.

Belə ki, Tolik “Çoxu onların evliliyinin, sadəcə, göstəriş olduğunu desə də, bu, belə deyil. Sizcə, övladları olacaq?” sualını verib. Bioenergetik isə “Evlilikləri saxta deyil, amma çox ciddi sevgi bağları yoxdur. Övlad üçün isə hələ tezdir” cavabını verib.


Bununla bağlı paylaşım edən Tolikə Natavan “Instagram”da cavab verib. Məşhurların arasında olan dialoqu təqdim edirik:

Natavan: Sonda bir detektiv də tutaq, bizi araşdırsın.

Tolik: Yox, mən elə birindən soruşdum ki, deməsinlər ki, elə yox, belə. Allah xoşbəxt eləsin. İstəməyən kor olsun

Natavan: Daşım ağır olub. Birinə dəyəndə də bərk dəyir, bu da var.

Tolik: Baxma, mənə söz atarsan. Sən özün heç 50 kiloqram deyilsən, daşın da uzağı olsun 10 kiloqram. Amma mənim daşım 100 kiloya yaxındır.

Natavan: Səninlə bunları keçmişik. “Xoş” xatirələrim qalıb. Heç aidiyyəti yoxdur. Sənə olan sözümü səhifəndə yazmışam.

Qeyd edək ki, hər iki məşhur arasında sonu məhkəmə ilə bitən dava baş vermişdi. Tolik Natavanın erməni olduğunu iddia etmişdi.

.
www.ÇıxışYolu.Com