ÇıxışYolu.Com - Nazənin oğlunun ad gününü Gürcüstanda keçirdi

ÇıxışYolu.Com – Nazənin oğlunun ad gününü Gürcüstanda keçirdi

Baxış sayı: 3. 383 dəfə baxılıb.

ÇıxışYolu.Com - Nazənin oğlunun ad gününü Gürcüstanda keçirdi

Müğənni Nazənin oğlu Orxan Həsənova ad günün keçirib. 

ÇıxışYolu.Com xəbər verir ki, ifaçı bildirib ki, bu ad günü məhərrəm ayına düşdüyü üçün doğum gününü bir neçə gün tez qeyd ediblər: 

“Bu gün oğlumun doğum günüdür. Məhərrəm ayına düşdüyü üçün bu günü təmtəraqlı şəkildə qeyd etmədik. Əvəzində məhərrəmlik girmədən öncə Gürcüstanda ailə üzvlərimiz, qohumlar, ailəvi tanışlarımızla bir araya gəldik. Bu il həm də oğlum orta məktəbə ilk qədəmlərini qoyur. Oğlumun xoş gününü təbrik edən sənət dostlarıma da “çox sağ ol”umu bildirirəm. Diqqət göstərən hər kəsə, sənət dostlarıma sonsuz təşəkkür edirəm”.


İfaçı daha sonra bildirib ki, bu günə qədər oğluna ən gözəl hədiyyəni həmkarı və rəfiqəsi Könül Kərimova edib: 

“Könül xanım oğluma “Orxanım” adlı elə bir mahnı hədiyyə edib ki, onu bir ömür boyu Orxanın ad günündə səsləndirəcəyik. Özü də oğlum Könül xanımla eyni gündə doğulub. Ötən il Orxanla Könül xanımın ad günlərini birgə qeyd etdik”.

.
www.ÇıxışYolu.Com