Ukrayna xarici işlər naziri Pavel Klimkin ölkə prezidenti Pyotr Poroşenkonun Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 73-cü sessiyasında çıxışı zamanı yatıb.
ÇıxışYolu.Com-ın məlumatına görə, videonu Ukraynanın Beşinci Kanalı öz “YouTube” səhifəsində paylaşıb.
XİN rəhbəri prezidentin 25 dəqiqəlik çıxışının 17 dəqiqəsini yatıb.
Ukrayna lideri çıxışının əsas hissəsində Rusiyanın ünvanına ittihamlar səsləndirib.