ÇıxışYolu.Com - Nazir və icra başçıları nə qədər maaş alır?

ÇıxışYolu.Com – Nazir və icra başçıları nə qədər maaş alır?

Baxış sayı: 2. 715 dəfə baxılıb.

ÇıxışYolu.Com - Nazir və icra başçıları nə qədər maaş alır?

Xəbər verildiyi kimi, Azərbaycanda İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) əməkhaqqı artırılıb.

ÇıxışYolu.Com Fed.Az-a istinadən xəbər verir ki, Ombudsmanın maaşı 2230 manata yüksəldilib (buna qədər 2025 manat).

Ölkəmizdə rəhbər vəzifə tutan digər şəxslərin də maaşlarını xatırlamağına dəyər.

Qeyd edək ki, Azərbaycanda dövlət orqanlarının rəhbərlərinin aylıq əməkhaqqı prezident İlham Əliyevin 2004-cü ildə imzaladığı “Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi haqqında” sərəncamı ilə müəyyən olunub.

Sərəncama əsasən, Azərbaycanın bəzi dövlət orqanlarının rəhbər işçilərinin aylıq vəzifə maaşları aşağıdakı məbləğlərdə nəzərdə tutulub.

















1. Baş nazir

2460 manat

2. Baş nazirin birinci müavini

2160 manat

3. Baş nazirin müavini

2060 manat

4. Nazir, Dövlət Komitəsinin sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Xarici Kəşfiyyat Xidmətinin rəisi, Dövlət Sərhəd Xidmətinin rəisi

1925 manat

5. Digər mərkəzi icra hakimiyyəti orqanının və mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan orqanın rəhbəri

1595 manat

6. Nazirin, Dövlət Komitəsi sədrinin, Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini

1375 manat

7. Nazirin, Dövlət Komitəsi sədrinin, Dövlət Təhlükəsizliyi Xidməti rəisinin, Xarici Kəşfiyyat Xidməti rəisinin, Dövlət Sərhəd Xidməti rəisinin müavini, digər mərkəzi icra hakimiyyəti orqanının rəhbərinin birinci müavini

1280 manat

8. Digər mərkəzi icra hakimiyyəti orqanının və mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan orqanın rəhbərinin müavini

1155 manat

Yerli icra hakimiyyəti başçılarının aylıq vəzifə maaşları aşağıdakı məbləğdədir:

Bakı şəhəri

1925 manat

Gəncə və Sumqayıt şəhərləri

1280 manat

şəhər, rayon və şəhər rayonu üzrə:

 

əhalisinin sayı 100 min nəfərdən çox olduqda

1045 manat

əhalisinin sayı 50-100 min nəfər olduqda

990 manat

əhalisinin sayı 50 min nəfərədək olduqda

880 manat

www.ÇıxışYolu.Com