Badamdar 20-ci sahədə baş verən sürüşmə zonasında uçqunlar yaranıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan ÇıxışYolu.Com-a verilən məlumata görə, sürüşmə zonasında saat 18:00-a olan məlumata görə gərginlik davam edir:
“Sürüşmə kütləsi üzərində qismən dəyişiklik baş verib. Sürüşmə kütləsi üzərində asılı vəziyyət də olan torpaq kütlələrində xırda uçqunlar baş verir”.
12:07
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan qərargahdan bildirildiyinə əsasən, Badamdar – 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə sahəsində müşahidələr sutka ərzində davam etdirilib.
Nazirliyin mətbuat xidmətindən ÇıxışYolu.Com-a verilən xəbərə görə, son 12 saat ərzində sürüşmə kütləsi üzərində vizual müşahidə edilə bilən dəyişikliklər qeydə alınmayıb.
İlhamə Əbülfət