ÇıxışYolu.Com – “Neftçi” liderliyi “Qarabağ”dan aldı

Baxış sayı: 2. 984 dəfə baxılıb.

ÇıxışYolu.Com - “Neftçi” liderliyi “Qarabağ”dan aldı

Azərbaycan Premyer Liqasında VI tura start verilib. 

ÇıxışYolu.Com xəbər verir ki, turun açılış matçında “Neftçi” öz meydanında “Səbail”i darmadağın edib – 4:0. Braziliyalı Dario Frederiko və seneqallı Baqaliy Dabo dublla “ağ-qaralar”ın qələbəsinə töhfə veriblər.

Turnir cədvəlinin lideri “Qarabağ” isə Masazırda debütant “Sabah”ın qonağı olub. “Əlincə Arena”da keçirilən görüşdə Ağdam təmsilçisi meydan sahiblərinin müqavimətini yalnız son dəqiqələrdə qıra bilib.

82-ci dəqiqədə Miçel və 88-ci dəqiqədə İnosent Emeqara həftəsonu İngiltərənin “Arsenal” klubu ilə qarşılaşacaq “Qarabağ”a qələbə qazandırıb.

Bununla da “Qarabağ” və “Neftçi” xalını 16-ya yüksəldib. Lakin top fərqinə görə “Neftçi” yenidən liderliyə yüksəlib.

Qeyd edək ki, sabah tura “Qəbələ” – “Keşlə” və “Sumqayıt” – “Zirə” görüşləri ilə yekun vurulacaq.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com