ÇıxışYolu.Com – Netanyahu dünya ictimaiyyətini dinləməyəcək

Baxış sayı: 2. 251 dəfə baxılıb.

ÇıxışYolu.Com - Netanyahu dünya ictimaiyyətini dinləməyəcək

İsrailin baş naziri Binyamin Netanyahu dünya ictimaiyyətinin müdafiəsinə qalxdığı kəndi dərhal dağıtmaq fikrindən bir müddət vaz keçsə də, tezliklə bunun reallaşacağını söyləyib.

ÇıxışYolu.Com-ın verdiyi xəbərə görə, baş nazir bu kiçik fasilənin Xan əl-Ahmar kəndinin sakinləri ilə onların köçürülməsinə dair sonuncu danışıq aparılması üçün istifadə olunacağını bildirib.

“Xan əl-Ahmar təxliyyə ediləcək. Məhkəmənin qərarı var, bizim siyasət də belədir… Kəndin dağıdılmasını uzun müddət təxirə salmaq fikrində deyiləm. Vaxt çox azdır”, – Netanyahu deyib.

Qeyd edək ki, Qüds yaxınlığında yerləşən və 200 fələstinlinin yaşadığı kəndi İsrail qeyri-qanuni tikili kimi səciyyələndirib və onu yerlə yeksan etmək barədə qərar verib. Dünya ictimaiyyətinin etirazlarına rəğmən, yerli sakinlərin məcburi köçürüləcəyi gözlənilir.

www.ÇıxışYolu.Com