ÇıxışYolu.Com – Norveçdə güclü zəlzələ oldu

Baxış sayı: 2. 107 dəfə baxılıb.

ÇıxışYolu.Com - Norveçdə güclü zəlzələ oldu

Norveç ərazisinə aid adaların birində güclü zəlzələ baş verib. 

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Norveç seysmik qrupunun yaydığı məlumatda bildirilir. 

Qeyd olunur ki, yeraltı təkanların gücü 6,8 bal təşkil edib. 

Zəlzələ Yan-Mayen vulkanik adanın sahilində olub. Həmin vaxt adada 18 nəfər metereoloq və hərbçi olub. Onlar xəsarət almayıb.

Zəlzələdən sonra afterşoklar gözlənilir, sunami təhlükəsi yoxdur. 

www.ÇıxışYolu.Com