ÇıxışYolu.Com – Nurməhəmmədov-Makqreqor döyüşündən sonra kütləvi dava

Baxış sayı: 3. 369 dəfə baxılıb.

ÇıxışYolu.Com - Nurməhəmmədov-Makqreqor döyüşündən sonra kütləvi dava

Bu gün keçirilən UFC döyüşündən sonra tərəflər oktaqondan kənarda da gücünü göstərməyə çalışıb.

ÇıxışYolu.Com xəbər verir ki, Həbib Nurməhəmmədov Konor Makqreqoru boğma fəndindən sonra təslim etdikdən sonra ona söz atan irlandiyalı məşqçilərin üzərinə cumub.

Bu, oktaqondan kənarda baş verib. Həmçinin Həbib tərəfdarlarından biri də Makqreqora çəkib və ona yumruq zərbəsi endirib. Təhlükəsizlik qüvvələri araya daxil olaraq tərəfləri güclə sakitləşdirə bilib.

Nəticədə hər iki idmançı zaldan çıxarılıb və kəmər Həbib Nurməhəmmədova təqdim edilməyib.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com